Xəbər lenti

Lukaşenkonun rəqibi planını ortaya qoydu
Dünya09:44 25.08.2020

Lukaşenkonun rəqibi planını ortaya qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarusda keçirilən son seçkidə Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya gələcək vəzifələri və hədəflərini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o, ölkədə yeni seçkilər təşkil etmək niyyətində olduğunu deyib. Tixanovskaya qeyd edib ki, yeni prezident seçkisinə hazırlaşmağa başlayacaq komanda təşkil etmək fikrindədir.
"Mənim vəzifəm bu komandanı birləşdirmək, düzgün istiqamətə yönəltmək, yəni yeni, ədalətli və şəffaf seçkilərə hazırlaşmaqdır", - Tixanovskaya deyib və komandasının bütün beynəlxalq tərəfdaşlarla ünsiyyətə hazır olduğunu bildirib: "Biz hər kəsə açığıq". 
Xatırladaq ki, Belarusda təxminən iki həftədir ki, avqustun 9-da keçirilmiş prezident seçkisindəki səsvermənin nəticələrinə qarşı etiraz aksiyaları səngimir.
Alpər