Belarus lideri Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eismont minlərlə etirazçının iqamətgahına toplandığını nəzərə alaraq, ölkə liderinin harada olduğu barədə suala özünəməxsus cavab verib.
Qaynarinfo xəbər verir ki, mətbuat katibi suala cavab olaraq İstiqlal Sarayının qarşısında Lukaşenkonun avtomatla fotosunu göndərib.
Xatırladaq ki, dünən Minskdə minlərlə etirazçının iştirak etdiyi aksiya keçirilib. 9 avqustda keçirilən prezident seçkilərində səsvermənin nəticələrindən narazı olan belarusların nəhəng bir sütunu Lukaşenkonun paytaxt iqamətgahını mühasirəyə alıb. Təhlükəsizlik qüvvələri binanın ətrafında iki sıra düzülüb. İki zirehli PDM oraya qədər irəliləyərək sarayla "Belekspo” sərgi kompleksi arasında dayanıb.
Etirazçılar "Saşa, çölə çıx, təbrik edəcəyik!", "Silahsızıq, ad gününüzə gəldik!"
Qeyd edək ki, Lukaşenko dünən 66 yaşını qeyd edib.