İkinci Dünya Müharibəsi zamanı Almaniyanın işğalı altında olan Polşadakı ölümü düşərgəsi Auşvitzə göndərilən uşaqların ayaqqabılarının içərisində qeydlər tapılıb.
Qaynarinfo İsrail Times-a istinadən xəbər verir ki, Polşadakı Auşvitz-Birkenau dövlət muzeyində sərgilənən uşaq qayaqqabılarındakı qeydləri ayaqqabıların qorunması istiqamətində aparılan işlər zamanı muzeyin əməkdaşları kəşf edib. Bununla yanaşı bir çox ayaqqabının içərisində astar olaraq istifadə edilən məktublar, qəzet parçaları və banknotlar da daxil olmaqla bir çox tarixi əsər də tapılıb.
Muzey rəsmiləri daha geniş araşdırma aparmaqla düşərgədə ölən şəxslər barəsində daha ətraflı məlumat əldə edəcəklərinə ümid edirlər. Muzey işçiləri bir cüt ayaqqabının 1938-ci ildə Praqada doğulan və 1941-45-ci illərdə faşistlər tərəfindən öldürülən bir çox avropalı yəhudidən biri olan Amos Steynberqə aid olduğunu söyləyirlər. Steynberq Auşvitzə aparılmadan öncə 1942-ci ildə ailəsi ilə birgə Terezienştadt həbs düşərgəsində saxlanılıb.
Muzey rəsmilərindən Hanna Kubik tapıntılarla bağlı açıqlama verərək, bildirib ki, uşağın ayaqqabısına imza qoyan şəxsin böyük ehtimalla anası olduğunu ehtimal edirlər.
"Ata başqa bir köçürülmə zamanı deportasiya edildi. 10 oktyabr 1944-cü ildə Auşvitzdən Daçau düşərgəsinə transfer edildiyini bilirik", - deyə ayaqqabılardan birindəki qeydi paylaşıb.
Bir digər ayaqqabıda isə Akkerman, Braverman və Beinhorn kimi müxtəlif macar mənşəli adlara aid sənədlər tapılıb.
Kubik bu şəxslərin böyük ehtimalla 1944-cü ilin yazında və ya yayında macar yəhudilərinin soyqırımı zamanı Auşvitzə sürgün edildiklərini deyib.
230 minə yaxın uşağın Auşvitzdə həbs edildiyi ehtimal edilir. Onların böyük əksəriyyəti düşərgədə ölüb.
Camal