Xəbər lenti

Ölüm yatağında olan meymunun hərəkəti hamını ağlatdı (VİDEO)
Dünya07:35 21.10.2017

Ölüm yatağında olan meymunun hərəkəti hamını ağlatdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölmək üzrə olan və bir müddətdir hərəkətsiz vəziyyətdə yatan 59 yaşlı şimpanze hamının təəccübünə səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yemək və sudan imtina edən Mama adlı meymunun öləcəyini öyrənən köhnə baxıcısı Jan van Hooff meymunu görməyə gəlib. Biologiya professoru olan Hooff Mamanı 1972-ci ildən bəri tanıyırdı. Mama əvvəlcə onu səsləyən Janı tanımır, daha sonra isə kim olduğunu başa düşərək reaksiya verməyə başlayır. 

Hollandiyanın Arnhem bölgəsində yerləşən Krallıq Zooparkında saxlanılan Mamanın baxıcısını tanıması və ona reaksiya verməsi hamının təəccübünə və emosional anlara səbəb olub.

Gülşən

Qaynarinfo.Az