Xəbər lenti

Ölümcül xəstəlik qayıdır
Dünya11:46 07.08.2013

Ölümcül xəstəlik qayıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elm adamları, ilk insandan insana keçmə prosesinin Çində ortaya çıxdığını açıqlayıb.

Milli.Az TRT-yə istinadən bildirir ki, xəstəliyə yoluxmuş atasına baxan 32 yaşındakı bir qadına virus keçib. Ata və qız həyatını itirib.

 Bu hadisə baş verənədək, H7N9 virusunun insandan insana keçdiyi fikirləşilmirdi.

 Bundan əvvəlki araşdırmalar, virusun, sadəcə, xəstəliyə yoluxmuş heyvanlarla birbaşa ünsiyyət nəticəsində keçdiyini sübut edirdi. Ölən ata-qızdan götürülən qan nümunələri, "quş qripi" virusunun genetika kimi bir-birinin eyni olduğunu sübuta yetirib. Məhz dünya yeni bir epidemiya ilə qarşı-qarşıyadır.

Elm adamları bildiriblər ki, bir epidemiyadan bəhs etmək gündəmdə yoxdur, amma diqqətli olmaq və prosesi yaxşı dəyərləndirmək lazımdır.

Hazırda Çinin şərqində 135-ə yaxın insanda H7N9 virusu aşkarlanıb.

43 nəfər bu yeni virus səbəbindən həyatını itirib.

Qaynar.info