Xəbər lenti

Ölümə meydan oxuyanlar - VİDEO
Dünya05:55 10.11.2014

Ölümə meydan oxuyanlar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropalı iki kəndirbaz Afrikada Viktoriya şəlaləsini kəndirlə yeriyərək keçiblər.
Anspress-in məlumatına görə, Zambiya və Zimbabvenin sərhədlərində, Zambezi çayının üzərində yeləşən Viktoriya şəlaləsini kəndirlə yeriyərək keçən kəndirbazlar Almaniyadan olan 26 yaşlı tələbə Lukas İrmler və Avstriayadan olan 34 yaşlı jurnalist Reynhard Kleyndldir. 
Onlar bu hərəkəti reallaşdırmaq üçün 2 il üzərilərində çalışıblar. Həvəskar kəndirbazlar sürüşən kəmərlə yeridikləri ipə bağlanaraq şəlaləni əhatə edən bir sıldırım qayadan digərinə kəndirin üzərində addımlayaraq çatmağı bacarıblar. 
Onların bu hərəkəti kənardakı turistlər tərəfindən maraqla qarşılanıb və kameraya çəkiblər. 
Sözügedən videonu təqdim edirik:
Qaynar.info