Xəbər lenti

Ölümündən öncə anası ilə mesajlaşdı: "Səni sevirəm..." - FOTO
Dünya09:17 13.06.2016

Ölümündən öncə anası ilə mesajlaşdı: "Səni sevirəm..." - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı zamanı ölən 30 yaşlı Eddi Castisin anası ilə son yazışamaları üzə çıxıb.

Qaynarinfo.az azvision.az-a istinadən bildirir ki, hadisə zamanı tualetdə gizlənən Castis son olaraq anası Minaya onu sevdiyini yazıb. 

Həmin yazışmanı təqdim edirik: 

Eddi: Anacan, mən səni sevirəm 
Eddi: Klubda atəş açırlar
Mina: Sən yaxşısan? 
Eddi: Mən tualetdəyəm.
Mina: Hansı klub?. 
Eddi: Pulse. Mərkəzdə.
Eddi: Polisə zəng elə. 
Eddi: Mən öləcəyəm. 
Mina: Mən polisə zəng edirəm. 
Mina: Sən hələ də ordasan? 
Mina: Lənətə gəlmiş telefona cavab ver.
Mina: Onlara zəng elə.
Mina: Mənə zəng elə. 
Eddi: Onlara zəng elə. İndi. 
Eddi: O gəlir. 
Eddi: Mən öləcəyəm. 
Mina: Polislər orada gizlənməyini istəyir. Kim yaralıdır? 
Eddi: Hə. Çoxdur. 
Eddi: Cəld ol. O buradadır. 

Bir neçə dəqiqədən sonra Mina oğluna polisin hadisə yerində olduğunu yazıb və polislər orada olarkən ona xəbər etməsini istəyib. Lakin ananın bu mesajına övladından cavab gəlməyib. 

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Qaynarinfo.az