
İtalyalı idmançı Armin Şmeyder, facebook vasitəsi ilə yüksəklikdən tullanmasını canlı olaraq izləyiciləri ilə paylaşarkən həyatını itirib
Qaynarinfo.Az xəbər verir ki, 28 yaşlı idmançı "Bu gün mənimlə ucacaksınız" deyərək tullandıqdan sonra, ətrafa qışqırıq səsləri yayılıb.
Qışqırıq səsindən sonra, izləyiciləri Şmeyderi cavab yazması üçün mesaj yağışına tutsa da cavab gəlməyib. Yerli polis, idmançının cəsədini İsveçrədə Kandersteq qəsəbəsində tapdıqlarını açıqlayıb.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az



