
Luqansk Xalq Respublikası seperatçılarının lideri İqor Plotnitskinin maşını partladılıb.
Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, maşında olan İ. Plotnitski ağır yaralanıb. Onu Luqansk xəstəxanalarının birinə aparıblar.
Avtomobilin partladılması nəticəsində Luqansk separatçılarının lideri ilə yanaşı bir neçə nəfər də yaralanıb.
Hadisənin terror aktı olduğu bildirilib.Qızılgül
Qaynarinfo.Az