Xəbər lenti

Luqansk və Donetsk aeroportuna Ukrayna nəzarət edir
Dünya15:33 08.07.2014

Luqansk və Donetsk aeroportuna Ukrayna nəzarət edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna höküməti Luqansk və Donetsk aeroportunun Ukrayna silahlı qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib. 
Anspress-in məlumatına görə, bu haqda Ukrayna Müdafiə Nazirinin müavini Pyotr Mexed bildirib.
O qeyd edib ki, silahlı qüvvələr aeroportların ərazisində təhlükəsizliyi təmin etməyə və sakinlərin rahat gedib-gəlməsinə nəzarət edirlər. Pyotr Mexed Ukrayna hərbçilərini "qəhrəman" adlandırıb. 
"Döyüş əhval-ruhiyyəsi orada yaxşıdır, hərbçilər sonuna kimi qarşıya qoyulan tapşırığı yerinə yetirməyə kökləniblər. Rəhbərlik bacardığı hər şeyi edəcək ki, hərbçilərimiz məsələni tam yerinə yetirmək üçün etibarlı müdafiəyə malik olsunlar", - deyə Mexed bıldirib.
Qaynar.info