Xəbər lenti

"LXR" lideri Putinin əlini sıxmaq üçün bir həftə Moskvada “həbs”də qalıb (VİDEO)
Dünya11:46 17.04.2023

"LXR" lideri Putinin əlini sıxmaq üçün bir həftə Moskvada “həbs”də qalıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
LXR terror qruplaşmasının lideri Leonid Paseçnik Vladimir Putinlə görüşməzdən əvvəl otağından çıxmaq hüququ olmadan bir həftə Moskva otelində qalıb. 
Qaynarinfo bu barədə Azadlıq Radiosu-na istinadla xəbər verir.
"Azadlıq” radiosunun "Donbass Realii” layihəsinin jurnalistləri Ukrayna xüsusi xidmət orqanlarının birindəki mənbələrdən Paseçnikin söhbətinin audioyazısını əldə ediblər.
Bildirilir ki, rekord Qərb ekspertizasının köməyi ilə Denverdəki Kolorado Universitetinin təhsil və elm mərkəzi olan Media Ekspertizası Milli Mərkəzi ilə əlaqə saxlayıb.
Mənbələrə görə, Paseçnik Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin keçmiş əməkdaşı olan köməkçisi Aleksandr Soroka karantində olduğunu söyləyib.
"Deməli, ayın 20-də görüşüm var. Ayın 19-a kimi çıxmadan bir otaqda oturmuşam. Məni bu otağa "həbs” ediblər. İki otaqlı nömrədi. Bl...d, artıq ikinci gündü, otumuşam, bütün böyrüm ağrıyır, yanbızım ağrıyır, uzanmaqdan təngə gəlmişəm. Heç yerə buraxmırlar, heç yerə gedə bilməzsən. Yemək otağa gətirilir. Ümumiyyətlə, 19-a qədər çıxmadan burada oturmuşam. 20-si görüş, mükafatlandırmadır”, - Paseçnikin deyib.
Söhbət 2022-ci ilin dekabrında baş tutub.
20 dekabr 2022-ci ildə Putin Paseçini "Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib, həmçinin Luqansk vilayətinin işğal administrasiyasının rəhbəri ilə şəxsən görüşüb.
Audioyazıda həmçinin "LXR” qrupu daxilindəki münaqişədən və Paşeçnikin "LXR” adlanan Daxili İşlər Nazirliyinin rəhbəri İqor Kornetə nəzarət etməməsindən danışılır.
Alpər