Xəbər lenti

Mağaranı uçurdular: içindən çıxan qorxutdu - VİDEO
Dünya13:40 15.03.2016

Mağaranı uçurdular: içindən çıxan qorxutdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyanın Altamira şəhərində Şinqu çayında "Belu-Monti" hidroelektrik  stansiyasının tikintisi  zamanı mütəxəssislər partlayış işləri həyata keçirirdilər.

Qaynar.info faktxeber.com-a istinadən bildirir ki, sualtı mağaralardan birini partladan zamanı isə fəhlələr qorxunc mənzərə ilə rastlaşırlar: Partlayış dalğası ilə sahilə nəhəng ilanın cəsədi yan alır. İlan o qədər böyük idi ki, onu ancaq yük kranının köməyi ilə sudan çıxarmaq mümkün oldu.

Şahidlərin sözlərinə görə, çəkisi 400 kq olan anakondanın uzunluğu 10 metr, bədəninin diametri isə  ən geniş yerində bir metrə çatırdı.

Kompaniyanın rəhbərləri anakondanın öldürülməsi faktını gizlətmək istəyirdi. Çünki işlər ciddi normativ pozuntularla aparılırdı. Ancaq  fəhlələr tərəfindən çəkilən fotolar və video sosial şəbəkələrə düşür və bu da ekoloqların gözündən yayınmır. Hazırda tikinti kompaniyasını yüklü cərimə gözləyir.

Qaynar.info