Xəbər lenti

Macarıstan 2024-cü ildə avrozonaya daxil ola bilər
Dünya08:26 27.08.2023

Macarıstan 2024-cü ildə avrozonaya daxil ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan potensial olaraq gələn ilin sonuna kimi avrozonaya qoşulmağa hazır olacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.
"Macarıstan 2024-cü ilin sonuna kimi Maastrixt kriteriyalarına cavab verə biləcək”, deyə o, Ticarət və Sənaye Palatasında çıxışı zamanı deyib.
Kovaçın sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında Müqavilə ilə müəyyən edilib və onlara uyğun olaraq ölkənin avrozonasına daxil olması üçün zəruri olan maliyyə-iqtisadi göstəriciləri tənzimlənir. Onların dəyərlərinə görə maliyyə sisteminin sabitliyi, qiymət səviyyəsi və məzənnənin dəyişkənliyi qiymətləndirilir.
Macarıstan Maliyyə Şurasının rəhbəri bildirib  ki, gələn ilin yayına qədər ölkədə istehlak qiymətlərinin artımı 3%-ə düşə bilər, dövlət borcu ÜDM-in 70%-dən aşağı düşəcək, büdcə kəsiri isə təqribən 2,9% təşkil edəcək.
Onun proqnozuna görə, 2023-cü ildə respublikanın ÜDM artımı təqribən 1% olacaq, lakin 2024-cü ildə 3,5-4%-ə qədər artacaq.
Avro zonası ərazisində avronun əsas dövlət valyutası olduğu və avro ilə əskinas buraxmaq hüququna malik olan bütün dövlətlərdir. Avro zonasına 17 Avropa ölkəsi daxildir.
Aydın