Xəbər lenti

Macarıstan Aİ-ni şantaj etdi: “Bu üç rusiyalıya sanksiyaları ləğv edin”
Dünya06:12 07.09.2022

Macarıstan Aİ-ni şantaj etdi: “Bu üç rusiyalıya sanksiyaları ləğv edin”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan hökuməti üç oliqarxın - Alişer Usmanov, Petr Aven və Viktor Raşnikovun "qara siyahı"dan çıxarılmadığı təqdirdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının bir hissəsinin uzadılmasına veto qoyacağı ilə hədələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq” radiosu məlumatlı diplomatik mənbələrə istinadən xəbər verir.
Avropa İttifaqı Ukraynada müharibənin başlaması ilə əlaqədar bir sıra rusiyalılara qarşı tətbiq edilən şəxsi sanksiyaların müddətini daha altı ay uzadacağına ümid edir. İndi məhdudiyyətlər sentyabrın 15-dək qüvvədədir. Aİ səfirləri bu məsələni sentyabrın 7-də müzakirə edəcəklər.
Yalnız yekdil səsvermə ilə genişləndirilə bilən siyahı 1217 fiziki və 108 hüquqi şəxsdən ibarətdir. Sanksiyalar sərtləşdikcə "qara siyahı” il boyu genişlənib. Usmanov və Aven siyahıya fevralın sonunda, Raşnikov isə martda əlavə olunub. 
Brüssel Usmanovu "Rusiya prezidenti Vladimir Putinlə xüsusilə yaxın əlaqələri olan kremlpərəst oliqarx” adlandırır. İyulun ortalarında o, ona qarşı tətbiq edilən anti-Rusiya sanksiyaları səbəbindən "əvəzolunmaz” maliyyə itkilərindən şikayətlənib. Söhbət müqavilələr və layihələr üzrə böyük itkilərdən və ziyandan gedir. Oliqarxın sözlərinə görə, bu, onun holdinqinə məxsus "MegaFon”, "Metalloinvest” və "Udokan misi” şirkətlərinin iflasına səbəb ola bilər.
Aİ-yə görə, Aven müntəzəm olaraq Kremldə Vladimir Putinlə görüşür. "Alfa-Bank”ın direktorlar şurasının keçmiş üzvü sanksiyaları ədalətsiz adlandırıb və onlara görə problemlərdən şikayətlənib. Brüssellə yanaşı, London da Avenə qarşı sanksiyalar tətbiq edib. Lakin iyul ayında Britaniya məhkəməsi Avenə qarşı sanksiyaları yumşaldıb və bank hesablarından qismən istifadəyə icazə verib.
Maqnitoqorsk metallurgiya zavodunun Direktorlar şurasının sədri Viktor Raşnikov ilkin olaraq ona qarşı tətbiq edilən sanksiyalardan şikayət etməyin faydasız olduğunu bildirib. Bununla belə, may ayında Usmanov və Avenin ardınca o, Aİ-nin ona qarşı şəxsi sanksiyalarını ləğvi ilə bağlı Avropa İttifaqının Məhkəməsində iddia qaldırıb.
Budapeşt həmçinin humanitar təşkilatların hazırda sanksiyalar altında olan bəzi Rusiya bankları ilə iş aparmasına icazə verməyi xahiş edir.
Radionun mənbələri hesab edir ki, Macarıstan sanksiyaların yenidən tətbiq edilməsi üçün təzyiq vasitəsindən istifadə edir və Aİ tərəfindən, ölkənin qanunun aliliyinin pozulması ilə bağlı narahatlığına görə dondurulmuş maliyyə vəsaitinin təsdiq edilməsinə çalışır.
Nizami Bağırov