Macarıstan Mərkəzi Bankının keçmiş rəhbəri Andras Simorun fikrincə ölkəsi Avropa İttifaqından mümkün çıxışa yaxınlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"
yazır.
"Keçən il onun ehtimalı 10% idisə, indi 20-30%-ə yüksəlib”, deyə o, ATV telekanalına müsahibəsində bildirib.
Viktor Orbanın seçkilər ərəfəsində çox pul xərcləməsindən sonra Macarıstanın büdcə kəsiri rekord həddə çatıb. Ölkə Aİ-də ən yüksək inflyasiya və uçot faiz dərəcələrinə malikdir.
"Qorxuram ki, Macarıstan hökuməti Aİ-dən çıxmaq real alternativə çevrildiyi bir vəziyyətdə ölkəni manipulyasiya edəcək”, deyə Macarıstanın keçmiş baş bankiri narahatlıqlarını bölüşüb.
Nizami Bağırov