Avropa İttifaqının səfirləri bazar ertəsi enerji təhlükəsizliyi ilə bağlı bəyanat hazırlamağa cəhd edəcəklər. Bu bəyanatın qarşılığında Macarıstan nəhayət, hazırda blokladığı Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına razılıq verə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Avropa üzrə müxbiri Rikard Cozvyak məlumat
yayıb.
Cozvyakın bildirdiyinə görə, yanvarın 27-si səhər saatlarında Aİ səfirləri enerji təhlükəsizliyi ilə bağlı bəyanat üzərində işləmək üçün görüşəcəklər. Bu bəyanat, elə həmin gün nazirlərin görüşündə Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılmasına olan etirazını geri çəkməsini mümkün edə bilər.
Cümə günü yayılan məlumata görə, Macarıstan hələ də sanksiyaların uzadılmasına razılıq verməyib. Lakin Avropa diplomatları qərarın tapılacağına əminliklə yanaşırlar.
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı qaz məsələsində "macarları aldatmağa cəhd etməkdə" günahlandırıb və Aİ-ni Kiyevi "ventilləri açmağa məcbur etməyə" çağırıb.
Polşa Baş naziri Donald Tusk bildirib ki, əgər Orban sanksiyaların uzadılmasını bloklayarsa, bu, onun "Putinin komandasında oynadığını" göstərəcək.
Alpər
Şərhlər