Xəbər lenti

Macarıstan onunla diplomatik əlaqələri kəsən Ermənistana peyvənd bağışladı
Dünya10:30 30.12.2021

Macarıstan onunla diplomatik əlaqələri kəsən Ermənistana peyvənd bağışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstan Ermənistana AstraZeneca vaksin partiyası bağışlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, humanitar yardım çərçivəsində Ermənistan Səhiyyə Nazirliyi koronavirusla mübarizə üçün nəzərdə tutulan 100 min doza dərman alacaq.
Maraqlıdır ki, İrəvan 2004-cü ildə Macarıstanda erməni leytenant Qurgen Marqaryanın qətlində təqsirli bilinən Ramil Səfərovun ekstradisiyasından sonra 2012-ci il avqustun 31-də Budapeştlə diplomatik münasibətləri kəsib.
Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstanın vasitəçiliyi ilə 5 nəfər erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.
Alpər