Macarıstan yaxın günlərdə yüz minə qədər suriyalı qaçqın axınından ehtiyat edir.
Qaynarinfo xəbər verir ki, bu açıqlamanı ölkənin Xarici İşlər naziri Peter Siyyarto verib. Macarıstan diplomatiyasının rəhbəri miqrantların AB-yə Türkiyədən gələcəyini bildirib.
Nazir bu barədə Serbiya hakimiyyət orqanlarına xəbərdarlıq edərək Budapeştin öz sərhədlərini qoruyacağını vurğulayıb və Belqrada bu işdə kömək etməyə hazır olduğunu bildirib. Siyyarto bu barədə Serbiya milli televiziyasının efirində deyib.
"Nə qədər təzyiq olursa olsun, sərhədimizi qoruyacağıq. Çünki bu, dövlətin borcudur. Sərhədlərin və əhalimizin təhlükəsizliyi hər şeydən əvvəl gəlir", - nazir Siyyarto deyib.
Alpər