Dünya 11:32 08.09.2022

Macarıstan rus oliqarxlarına qarşı sanksiyaların ləğvi tələbini geri götürdü

Macarıstan hökuməti rusiyalı milyarderlərə qarşı sanksiyaların ləğvi tələbindən imtina edib. Beləliklə, sentyabrın 15-də Rusiyaya qarşı sanksiyalar etiraz edilmədən uzadılacaq.

Qaynarinfo "Politico”ya istinadla xəbər verir ki, Macarıstan tərəfi Avropa İttifaqından Alişer Usmanov, Petr Aven və Viktor Raşnikovun sanksiya siyahısından çıxarılması tələbini geri götürüb. Aİ-yə sədrlik edən Çexiya bunda israrlı olub.

Rusiyalı iş adamlarına qarşı sanksiyaların ləğvi müqabilində Macarıstan Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin uzadılmasına mane olmayacağını vəd edib. İndi ölkə altı aydan sonra sanksiyaların növbəti uzadılmasına qədər məsələni qaldırmamağa razılaşıb.

Xatırladaq ki, dünən Macarıstan hökuməti üç oliqarxın - Alişer Usmanov, Petr Aven və Viktor Raşnikovun "qara siyahı"dan çıxarılmadığı təqdirdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının bir hissəsinin uzadılmasına veto qoyacağı ilə hədələmişdi.

Alpər