Budapeşt yenidən Rusiyadan enerji idxalına qoyulan məhdudiyyətlərə veto qoymaqla hədələyib. Macarıstan hökuməti Moskvaya qaz və neftin pulunu rublla ödəməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg
yazır.
"Biz açıq şəkildə bildirdik ki, Avropa İttifaqının enerji sahəsində Rusiyaya qarşı sanksiyalarının genişləndirilməsini heç vaxt dəstəkləməyəcəyik”, - Macarıstan naziri Gergel Qulyaş bildirib.
Budapeşt Avropanın Rusiyadan xam neft və qaza məhdudiyyət qoymasına qarşıdır.
"Belə qərarlar yekdilliyə ehtiyac duyduğundan, Avropa Komissiyasının Macarıstanda alışı məhdudlaşdıran təbii qaz və xam neftə qarşı sanksiyalar təklif etməsinin mənası yoxdur”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Orban hökuməti Rusiya qazının pulunu rublla ödəməyə razıdır.
Bir qədər əvvəl Almaniya kansleri Olaf Şolz bildirib ki, ölkəsi Polşa və Bolqarıstanda olduğu kimi Rusiya qazının kəsilməsinə hazır olmalıdır. Almaniya kanslerinin sözlərinə görə, heç kim Rusiya diktatoru Putinin ağlında nə olduğunu bilə bilməz.
Martın sonunda Rusiya prezidenti Putin Rusiya qazının haqqının avro ilə deyil, rublla ödənilməsi barədə sərəncam verib. Daha sonra Aİ rəhbərliyi bu tələbə əməl etməyəcəyini açıqladı. Avropa Komissiyasının sədri Ursula fon der Leyen şirkətləri Rusiyanın tələblərinə qarşı xəbərdar edib, çünki bu, Ukraynanı işğal etdiyinə görə təcavüzkara qarşı tətbiq edilən sanksiyaları pozacaq.
Aprelin 27-dən "Qazprom” rublla ödənişə keçməkdən imtina etdiyi üçün "Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb.
Eyni zamanda, "Qazprom”un MDB-dən kənar ölkələrə qaz ixracı 26,9% azalaraq 50,1 milyard kubmetr təşkil edib.
Alpər