"Son bir neçə gündə ukraynalı diplomatların Macarıstan tərəfindən rus əsirliyindən qaytarılmış Ukrayna vətəndaşları ilə birbaşa əlaqə yaratmaq üçün bütün cəhdləri nəticə verməyib".
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko "Facebook" səhifəsində məlumat verib.
O qeyd edir ki, Macarıstanın Ukrayna hökumətinin və ya beynəlxalq insan haqları təşkilatlarının xəbəri olmadan Rusiyadan çıxardığı 11 ukraynalı hərbi əsirin vətənə qayıtması üçün hər şey edilir.
Nikolenko qeyd edib ki, bəzi hərbi əsirlərin qohumlarından alınan məlumat Macarıstandakı ukraynalı müdafiəçilərin guya azad statusu ilə bağlı yerli hakimiyyətin verdiyi təminatların "reallığa uyğun olmadığını” göstərir:
"Əslində onlar təcrid olunmuş vəziyyətdə saxlanılır, açıq məlumat mənbələrinə çıxışı yoxdur, onların qohumları ilə ünsiyyəti üçüncü şəxslərin iştirakı ilə baş verir, Ukrayna səfirliyi ilə əlaqə saxlamalarına imtina cavabı verilir", deyə XİN rəsmisi bildirib.
O vurğulayıb ki, Ukrayna tərəfinin rəsmi diplomatik kanallar vasitəsilə Macarıstan hakimiyyəti ilə konstruktiv dialoq qurmaq cəhdlərinə məhəl qoyulmur.
Aydın