Bu gün Macarıstanda parlament seçkiləri keçirilir.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, son baş nazir Viktor Orbanın rəhbərlik etdiyi "Fidesz" Partiyası korrupsiya skandallarına baxmayaraq seçkilərin əsas favoriti hesab edilir.
Viktor Orban və partiyası seçki təbliğatını miqrant problemi üzərindən aparır. Partiya miqrantların ölkə üçün yaratdığı təhlükələri tez-tez dilə gətirirlər.
Orban 2010-cu ildən baş nazir vəzifəsini icra edir. O, daha əvvəl 1998-2002-ci illərdə də Macarıstanın baş naziri vəzifəsini icra edib.
Qeyd edək ki, Macarıstanda 7,9 milyon seçici var. Seçkilər saat 19:00-da yekunlaşacaq.
Gülşən