Xəbər lenti

Macarıstanın hərəkətləri Aİ-ni iflic edib: İtaliya XİN çağırış etdi
Dünya06:24 08.12.2022

Macarıstanın hərəkətləri Aİ-ni iflic edib: İtaliya XİN çağırış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Macarıstanın hərəkətləri səbəbindən Aİ-nin yekdillik qaydasına yenidən baxılmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrinform” məlumat yayıb.
"Yekdilik qaydası Avropanı bloklayır. Biz Avropa qaydalarını dəyişdirməliyik", - İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Tayani hesab edir ki, Aİ səsvermə zamanı qərarların Aİ əhalisinin 65%-ni təmsil edən üzv ölkələrin ən azı 55%-i (27-dən 15-i) tərəfindən dəstəklənməlidir.
"Biz daha çox səs çoxluğu ilə qərar verməliyik. Əgər siz daha böyük və güclü Avropa istəyirsinizsə, yekdillik qaydası keçmişdə qalmalıdır", - Tayani deyib.
Qeyd edək ki, Avropa Parlamenti Avropa Komissiyasının Ukraynaya 2023-cü ildə 18 milyard avro verilməsi təklifini dəstəkləyib.
Bundan sonra Macarıstan Maliyyə Nazirliyinin rəhbəri Mihali Varqa Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının verilməsinə veto qoyub. 
Nizami Bağırov