Dünya 14:15 15.08.2022

Mactavish: Britaniya şirkətlərinin 70%-dən çoxu Rusiya sanksiyalarından təsirlənib

Böyük Britaniyadan olan şirkətlərin 70%-dən çoxu Rusiya əleyhinə sanksiyaların tətbiqinin nəticələrindən əziyyət çəkib.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Mail” qəzeti Mactavish sığorta agentliyinin sorğusuna istinadən yazır.

Araşdırmaya görə, sorğuda iştirak edən CEO-ların 71%-i Moskvaya qarşı məhdudiyyətlərdən birbaşa təsirlənən aktivlərə sahib olduqlarını bildiriblər. Şirkətlərin təxminən yarısı zərər kimi artan istehsal xərclərini və istehsal zəncirlərinin pozulmasını göstərib. Sorğu iştirakçılarının təxminən 44%-i təchizatçıların itirilməsindən, 42%-i isə kadrlarla bağlı problemlərdən şikayətlənib.

Nəşr maliyyə və aviasiya sektorlarının ən çox təsirləndiyini aydınlaşdırır. Sorğuda iştirak edən maliyyə şirkətlərinin 90%-dən çoxu əməkdaşlıq etdikləri Rusiya aktivlərinə və fondlarına qarşı sanksiyaların tətbiqi nəticəsində zərər gördüyünü bildirib. Aviasiyaya gəlincə, bu sənayedəki şirkətlərin 84%-i itkilər verib.
Daha əvvəl "The Daily Mail” britaniyalılar və "milyonlarla” kasıb üçün "fəlakətli” qış olacağını proqnozlaşdırıb. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanı cəzalandırmağa çalışan ölkələrin artıq "hesab ödədiklərini” söyləyib.

Alpər