Tanınmış siyasi xadim, ABŞ-ın ilk qadın dövlət katibi Madlen Olbrayt vəfat edib.
Qaynarinfo
CNN-ə istinadən xəbər verir ki, M.Olbrayt uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın dövlət katibi Madlen Olbrayt ilə görüşü - Vaşinqton, "Bleyer haus" iqamətgahı, 1 avqust 1997-ci il
Madlen Olbrayt 1937-ci ildə Çexoslovakiyanın "Praqa" şəhərində diplomat ailəsində anadan olmuşdur. 1959-cu ildə "Uelsi" kollecini bitirmiş, politologiya sahəsində bakalavr dərəcəsi almışdır. 1968-ci ildə magistr dərəcəsini almışdır.1976-cı ildə isə Kolumbiya Universitetində fəlsəfə doktoru adına layiq görülmüşdür.
1978-ci ildən ABŞ Prezidenti C.Karterin hökuməti dövründə Milli Təhlükəsizlik Şurasının üzvü təyin edilmiş, 1984 və 1988-ci illərdə xarici siyasət məsələləri üzrə əlaqələndirici işləmişdir. 1982-ci ildən beynəlxalq münasibətlər üzrə professor və Corctaun Universitetinin Xarici Siyasət Məktəbindəki "Qadınlar xarici siyasət xidmətində" proqramının direktoru idi.
1989-cu ildən Milli Siyasət Mərkəzinin prezidenti idi.
M.Olbrayt 1993-cü ilin fevralında Kabinetin üzvü statusunu almış və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edilmişdir.
1997-2000-ci illərdə ABŞ-ın Dövlət katibi olmuşdur.