Xəbər lenti

Maduro ABŞ-dakı səfirlik və konsulluqları bağlayır
Dünya06:10 25.01.2019

Maduro ABŞ-dakı səfirlik və konsulluqları bağlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuela prezidenti Nikolas Maduro ABŞ-dakı səfirlik və konsulluqların bağlanması barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, ABŞ-dakı venesuelalı diplomatlar geri çağırılacaq. Ötən gün Maduro ABŞ diplomatlarının ölkəni tərk etməsi üçün 72 saat vaxt vermişdi. Lakin ABŞ açıqlama verərək belə bir tələbin icra edilməyəcəyini bildirdi.
Qeyd edək ki, 23 yanvarda müxalif cəbhənin nəzarətində olan Milli Məclis rəhbəri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. ABŞ prezident Donald Tramp və bəzi dövlətlər Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdıqlarını açıqlayıb. Nikolas Maduro isə hakimiyyətdən getməyəcəyini, prezidentlik dövrün bitənə qədər, yəni 2025-ci ilə qədər ölkə rəhbəri kimi fəaliyyət göstərəcəyini deyib.
Gülşən