Xəbər lenti

Maduro ordunu ABŞ-ın mümkün təxribatlarına qarşı səfərbər edir
Dünya16:40 30.11.2019

Maduro ordunu ABŞ-ın mümkün təxribatlarına qarşı səfərbər edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuela prezidenti Nikolas Maduro Kolumbiya və ABŞ-ı sərhəddə təxribatlar hazırlamaqda ittiham edərək, silahlı qüvvələri səfərbər olmağa çağırıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, Kolumbiya Hökumətinin və ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının Kolumbiya lideri İvan Duqeyə qarşı xalq üsyanını yatırmaq bəhanəsilə provokasiyalara hazırlaşdıqlarınını bildirib. Maduro həmçinin 13 min tüfəngin hərbi qüvvələrə təslim edilməsinə razılıq verib.
Kolumbiya Daxili İşlçər Nazirliyinin məlumatına görə, 21 noyabrda ölkə daxilində keçirilən etiraz aksiyalarında 207 min nəfər iştirak edib. Nümayişçilər Duqe administrasiyasının fəaliyyətindən narazı olduqlarını ifadə edirlər. Etirazla əlaqədar olaraq hakimiyyət müvəqqəti olaraq paytaxt Boqotada komendant saatı tətbiq edib.
Camal