Xəbər lenti

Madurodan ABŞ-a hərbi müdaxilə xəbərdarlığı
Dünya09:44 06.02.2019

Madurodan ABŞ-a hərbi müdaxilə xəbərdarlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın təhlükəsizlik müşaviri Con Boltonun fikirlərinə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Bolton daha əvvəl Maduroya təqaüdə çıxmağı və bu dövrdən zövq almağı məsləhət görmüşdü. Maduro məsləhətlə bağlı "Russia Today"ə açıqlama verib. Venesuela rəhbəri 90 yaşında təqaüdə çıxaraq nəvələri ilə vaxt keçirmək istədiyini deyib və bu mövqeyi dünya xalqlarına qarşı hörmətsizlik adlandırıb. "Əgər ABŞ Venesuelaya hərbi müdaxilə etsə, bu addım böyük itkilərə səbəb olacaq.", - deyə Maduro bildirib.
Gülşən