Xəbər lenti

Mafiya başçısının qardaşı güllələndi
Dünya05:30 06.04.2013

Mafiya başçısının qardaşı güllələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə tanınmış mütəşəkkil cinayətkar dəstələrdən birinin lideri olan Sedat Pekerin qardaşı Olgun Peker silahlı hücuma məruz qalıb. 

ANS PRESS-in məlumatına görə, İstanbulun Beşiktaş rayonundakı gecə klublarından birində naməlum şəxs Olgun Pekeri ayağından güllə ilə vurub. Yaralı təcili “Alman” xəstəxanasına çatdırılıb, hadisəni törədən şəxs isə qaçmağa müvəffəq olub. 

Xatırladaq ki, Olgun Peker bir müddət əvvəl Türkiyə futbolunda danışılmış oyunlara qarşı keçirilən əməliyyatlar çərçivəsində həbs olunmuş, daha sonra azadlığa buraxılmışdı.

Qaynar.info