Bu gün Avroliqanın pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) da meydana çıxacaq. Zaqreblilər doğma meydanda İspaniya təmsilçisi "Sevilya"nı qəbul edəcək. Zaqreb komandası səfərdə baş tutan ilk görüşdə 1:3 hesabı ilə məğlub olub.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada olacaq. "Napoli" İspaniya "Barselona"sının müqavimətini qırmağa çalışacaq. Kataloniyadakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
UEFA Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunları
24 fevral
21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya) (İlk oyun - 1:3)
21:45. "Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya) (İlk oyun - 1:2)
21:45. "Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya) (İlk oyun - 2:2)
21:45. "Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) (İlk oyun - 1:2)
00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya) (İlk oyun - 1:1)
00:00. "Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya) (İlk oyun - 4:2)
00:00. "Betis" (İspaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 3:2)
00:00. "Braqa" (Portuqaliya) - "Şerif" (Moldova) (İlk oyun - 0:2)
Səbuhi Həsənov
Şərhlər