Xəbər lenti

Mahmud Abbas Moskvaya gedir
Dünya04:24 18.04.2016

Mahmud Abbas Moskvaya gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstin lideri Mahmud Abbas aprelin 18-də Moskvaya işgüzar səfər edəcək.
 
Bu barədə Kremlin məlumatında deyilir.
Səfər çərçivəsində M.Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
"Söhbət zamanı Yaxın Şərq və Şimali Afrika regionunda mövcud vəziyyətə dair fikir mübadiləsi aparılacaq. Ənənəvi olaraq xüsusi diqqət İsrail-Fələstin danışıqlarının perspektivlərinə yetiriləcək" - Kremlin mətbuat xidmətindən bildirilib.
“Tərəflər həmçinin Rusiya-Fələstin münasibətləri, iqtisadi-ticarət və humanitar sahələr daxil olmaqla, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, məlumatda qeyd edilir.  (apa)
Qaynar.info