Xəbər lenti

Makedoniyada fövqəladə vəziyyət elan edildi
Dünya16:46 20.08.2015

Makedoniyada fövqəladə vəziyyət elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Makedoniya hökuməti qonşu Yunanıstandan böyük qaçqın axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Qaynar.info APA-ya istinadən verdiyi məlumata görə, Makedoniya hökumətinin yaydığı bəyanatda bildirilir ki, Yunanıstan ərazisindən insan axını kütləvi hal alıb.

Bununla bağlı Makedoniya hökuməti Yunanıstanla həmsərhəd bölgəsinə nəzarətin gücləndirilməsi üçün hərbçilərin cəlb ediləcəyini  bildirib.

Qeyd edək ki, bu yaxınlarda rəsmi Skopye qeyri-qanuni miqrantların axını ilə bağlı Avropa İttifaqından əlavə yardım istəmişdi. 

Qaynar.info