Xəbər lenti

Makeyevkada səfərbər olunanların iki taboru tamamilə məhv edilib - Rusiya mediası
Dünya09:28 06.11.2022

Makeyevkada səfərbər olunanların iki taboru tamamilə məhv edilib - Rusiya mediası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Voronej vilayətindən səfərbər olunanların yaxınları Svatovo yaxınlığındakı döyüşlərə atılan əsgərlər, böyük itkilər və komandanlığın qaçması barədə danışırlar.
Luqansk vilayətinin Svatovski rayonundakı Makeyevkada döyüşlərdə sağ qalan hərbçilərdən biri Aleksey Aqafonov qoşunların təmas xəttində atəşə tutulması nəticəsində səfərbər olunanlar arasında itkilər barədə danışıb. Onun sözlərinə görə, ölənlərin sayı 500 nəfəri keçə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Verstka” yazıb.
Aqafonovun bildirdiyinə görə, 2079 saylı hərbi hissədə təlim keçən səfərbər edilmişlərin tabor komandiri hərbçiləri Svatovo rayonuna gətiriləcəklərini və orada cəbhə xəttinin 15 kilometrliyində "ərazi müdafiəsi” sıralarına qoşulacaqlarını vəd edib. Lakin noyabrın 1-dən 2-nə keçən gecə bütün tabor qoşunların təmas xəttinə gətirilib, müdafiə xəttini qazmaq və saxlamaq əmri verilib. 
"Bizi ağaclığa atdılar, dedilər ki, səngər qazın, amma bütün taborda cəmi üç kürək var idi, ümumiyyətlə, təminat yox idi. Bacardığımız qədər qazdıq və gizləndik, səhər atəşə başladı - artilleriya, "Qrad", minaatan, dronlar, sadəcə bizi atəş altına almışdılar. Atəş başlayanda zabitlər dərhal qaçdılar. Zərbələrin fasilələrində biz gizlənməyə çalışdıq, lakin dronlar dərhal bizi gördülər və sadəcə atəşə tutmağa başladılar. 570 nəfərdən 29-u sağdır, 12-si yaralanıb, qalanları isə …”, deyə Aqafonov bildirib.
Digər səfərbər olunmuşun həyat yoldaşı Zlata ərinə istinadən bildirir ki, ölülər yüzlərlədir: "Yarıdan çoxu həlak olub.”
Aqafonov onu da əlavə edib ki, bundan əvvəl səfərbər olanlardan ən azı daha bir tabor eyni mövqelərdə məhv edilib. Aqafonov deyib ki, o, onlarla cəsəd görüb, bəzilərinin hətta cibindən hərbi biletləri görsənirmiş.
"Televiziyada göstərirlər ki, hər şey gözəldir, amma əslində burada, Luqansk vilayətində ön cəbhəyə səfərbər olunanları atırlar və biz oradan zabitlərsiz geri çəkiləndə ikinci və üçüncü xəttlərdə yalnız müqaviləli əsgərlərin və könüllülərin olduğunu gördük", deyə Aqafonov bildirib.
Onun sözlərinə görə, yerlilər (Luqansk vilayətindən olanları nəzərdə tutur - red.) və müqaviləli əsgərlər döyüşmək istəmir, müdafiədəki boşluqları aradan qaldırmaq üçün ölkənin hər yerindən səfərbər edilmiş insanlar Svatovo vilayətinə gətirilir. Aqafonovun taborundan sağ qalanlar geri çəkildiyi Svatovoda digər məhv edilmiş taborlarin əsgərləri ilə "2-5 nəfərlik qruplarla hərəkət edirlər”.
Burada tam qarışıqlıq və nifaq var. Bütün sağ qalanlar və yeni gələnlər yeni taborlarda qruplaşdırılır və müdafiə xəttini bağlamaq üçün cəbhəyə atılır. Onun sözlərinə görə, ukraynalılar səfərbər olunanların döyüşdüyü bütün ərazini təmizləyiblər.
"Verstka”ya bu məlumatı sağ qalan digər səfərbərin həyat yoldaşı Lyudmila Çernıx da təsdiqləyib.
"Səhər başqasının nömrəsindən mənə zəng etdi və nə baş verdiyini, müdafiə xətti yaratmağa çalışdıqlarını, minaatanlardan atəşə tutulduqlarını və birtəhər Krasnodondan indi gizləndikləri Svatovoya çatdıqlarını söylədi. İndi harasa getməyə qorxurlar, hətta blok-postlara çıxmağa belə qorxurlar. Komandirləri onları atıb gedib və nə edəcəklərini bilmirlər, sadəcə kömək istəyirlər ", deyə Çernıx qeyd edib.
Şənbə günü atəşə tutulan bir neçə səfərbər edilmiş şəxsin qohumları Voronej prokurorluğunun binası yaxınlığında toplaşaraq onlara yaxınlarının taleyi ilə bağlı həqiqəti söyləməyi tələb ediblər.
"Bizə telefonla deyirlər ki, oğullarımız sağdır, sağlamdır və hətta hərbi borcunu yerinə yetirir. Haraları sağ-salamatdır ki, onların hamısını öldürüblər? ", deyə əsgər Andrey Xolodovun anası Oksana Xolodova bildirib.
Digər səfərbər olanın həyat yoldaşı Anna sağ qalan səfərbərlərin evə getməsinə icazə verilməsini istədiklərini söyləyir.
"İndi onlar çıxıb getmək üçün kömək istəyirlər. Orada qala bilməzlər, qorxurlar. Bomba atəşinə tutulurlar. Heç bir komandir, heç kim yoxdur. Biz istəyirik ki, bu, oğlanlara qarşı olanları hamı bilsin. Onları pişik balaları kimi, hazırlıqsız, heç nəsiz atıb gediblər. Bizim yaş yarımlıq bir qızımız var", deyə Anna qeyd edib.
Bundan əlavə, Voronejdə prokurorluğun yaxınlığında toplaşanlar qubernatora videomüraciət də yazıblar.
"Valuyki istiqamətində hərbi hissəni tərk edən səfərbərlərimizə kömək istəyi ilə qubernator və yuxarı instansiyalara müraciət etmək istərdik. Gəldikləri gün onları ön cəbhəyə aparıblar. Komandanlıq döyüş meydanını tərk edərək qaçıb. bunu tezliklə qayıdacaqları və səfərbər olunanları əşyalarla təmin edəcəkləri ilə əsaslandırıblar. 40 dəqiqə ərzində onlar geri qayıtmayıb və uşaqlar qumbaraatan, minaatan və digər silahlardan atəşə tutulublar. Əsgərlərin sözlərinə görə, döyüş üç gün davam edib. Onlar imkan daxilində sağ qalmağa çalışıblar. Yatmayıblar, yemək yeməyiblər, üç gün müdafiəni saxlayıblar və komandanlıqdan fərqli olaraq heç yerə qaçmayıblar", deyə müraciətdə qeyd edilir.
Yardım istəyən hərbçilərin valideynləri tərəfindən tərtib edilən siyahıda 41 nəfər var. Onların cəmi 31 nəfəri yaxınları ilə əlaqə saxlayıb, daha 9 nəfərin taleyi tam məlum deyil.
Nizami Bağırov