Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyaların yumşaldılması yollarını tapmaq üçün var qüvvəsi ilə çalışır.
ANS PRESS-in məlumatına görə, bu barədə amerikalı senator Con Makkeyn bildirib.
Respublikaçı senator deyib ki, onlar sanksiyaları zəiflətmək üçün ümidsiz çalışmırlar: "Amma ABŞ-ın vahid mövqeyi, Rusiya barəsində sanksiyanın aradan qaldırılması ilə bağlı siyasəti dəyişməyəcək."
C.Makkeyn xatırladıb ki, Avropa İttifaqı heç vaxt Rusiyaya qarşı sanksiya istəməyib. Təşkilat üzvlərinin çoxu gələcəkdə Rusiyanın enerji resurslarlarından asılı olmaq istəmir. Ona görə də, indi Moskvaya qarşı sanksiyanın qüvvədə qalmasına tərəfdar deyillər.
Qaynar.info