Xəbər lenti

Makron fövqəladə vəziyyət elan etməyə hazırlaşır
Dünya19:35 04.07.2023

Makron fövqəladə vəziyyət elan etməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Emmanuel Makron iğtişaşlardan zərər çəkmiş şəhərlərin merləri ilə görüşüb. O, qırğınlar zamanı zədələnmiş hər şeyi "daha tez bərpa etmək üçün” təcili tədbirlər görəcəyini vəd edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Huffpost" məlumat yayıb https://www.huffingtonpost.fr/faits-divers/article/apres-les-emeutes-macron-annonce-une-loi-d-urgence-pour-accelerer-la-reconstruction_220172.html 
Makron hesab edir ki, ən pis şey arxada qalıb və iğtişaşların pik nöqtəsi keçib, lakin o, proqnozlarında ehtiyatlıdır. Şəhərlərdə polis və jandarm qüvvələrinin mövcudluğu hələlik eyni səviyyədə qalacaq.
O, fövqəladə vəziyyət tələb edən sağçı müxalifətçilərə cavab olaraq bildirib ki, mümkün qədər tez bir zamanda şəhər təsərrüfatının bərpa proseduruna başlamaq üçün fövqəladə vəziyyət haqqında qanun qəbul etməyə hazırdır. O, nəqliyyatın, dövlət müəssisələrinin və məktəblərin təmiri və bərpasına ünvanlı maliyyə dəstəyi vəd edib.
"Bütün tarixləri pozmaq, daha sürətli bərpa etmək üçün sürətləndirilmiş prosedura sahib olmaq məqsədilə fövqəladə qanun tətbiq edəcəyik", Fransa prezidenti vurğulayıb. 
Nizami Bağırov