Fransa Ukraynaya hərbi yardım edir, lakin onu Rusiya ərazisinə çata biləcək silahlarla təmin etmir.
Qaynarinfo xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron TF1 telekanalına müsahibəsində
bildirib.
Bundan başqa, o əlavə edib ki, Fransa Ukraynaya təyyarə tədarük etmək öhdəliyini üzərinə götürmür. "Mən təyyarələr haqqında danışmadım, raketlərdən danışdım və təlim haqqında fikrimi dedim”, - o deyib.
Xatırladaq ki, Makron bir müddət əvvəl Parisin ukraynalı pilotların təliminə "dərhal” başlamağa hazır olduğunu bildirmişdi.
Alpər