Dünən Fransa prezidentliyə namizədlər arasında baş tutan debatda Makron Le Penə qarşı sərt ittihamlar irəli sürüb.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, iki saat yarım davam edən debatda Fransa prezidentliyinə namizədlər Avropa Birliyi, pensiyalar və enerji məsələləri olmaqla bir çox mövzunu müzakirə
ediblər.
Debatın pik nöqtəsi isə Makronun Le Peni Rusiyadan maaş almaqda ittiham etməsi olub.
Makron Le Pen-in Kremlə yaxın bankdan aldığı kreditə görə Putindən asılı olduğunu və ona görə də Fransanın maraqlarını müdafiə edə bilmədiyini deyib.
"Siz Rusiya ilə danışanda xarici liderlə danışmırsız, öz bankirinizlə danışırsınız”,- Makron deyib.
Daha sonra Makron Le Penin 2014-cu ildə Krımın işğalını pisləmədiyini, 2015-ci ildə isə Rusiya bankından kredit aldığını bildirib.
Makrok Le Penin partiyasının Avropa parlamentində Rusiyaya qarşı yeni sanksiyaları müdafiə etmədiyinə işarə edərək deyib: "Vacib və cəsarətli addımların atılmasına ehtiyac olanda siz yoxsunuz... Siz Fransanın maraqlarını müdafiə edə bilməzsiniz, çünki sizin maraqlarınız Rusiyaya bağlıdır”.
Cavabında Le Pen azad qadın olduğunu deyib və bildirib ki, O Rusiya bankından ona görə kredit görürüb ki, heç bir Fransa bankı ona kredit verməyib.
Nurlan Hüseynov