Xəbər lenti

Makron məsləhətləşmələrdən sonra solçu baş nazir təyinatından imtina etdi
Dünya 10:38 27.08.2024

Makron məsləhətləşmələrdən sonra solçu baş nazir təyinatından imtina etdi

Fransa prezidenti Emmanuel Makron bütün parlament partiyaları ilə məsləhətləşmələrdən sonra solçu parlament blokunun təklif etdiyi Lüsi Kasteni baş nazir təyin etməkdən imtina edib. Artıq çərşənbə axşamı, avqustun 27-də prezident partiya liderləri ilə yeni məsləhətləşmələrə başlayacaq.

Bu barədə Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir.

Makron "institusional sabitlik" adı ilə Yeni Xalq Cəbhəsindən baş nazir təyin edilməsini istisna etdiyini və çərşənbə axşamı, avqustun 27-də "partiya liderləri" və "şəxsiyyətlərlə" yeni məsləhətləşmələrə başlayacağını söyləyib.

"Mənim məsuliyyətim ondan ibarətdir ki, ölkə bloklanmasın və zəifləməsin, hakim siyasi partiyalar parlament seçkilərinin ikinci turunda öz deputatlarının seçildiyi müstəsna halları unutmasınlar”, - Fransa prezidenti vurğulayıb. 

Fransa lideri həmçinin sol bloku "digər siyasi qüvvələrlə əməkdaşlığa” çağırıb.

Xatırladaq ki, Makron avqustun 23-də baş nazirin təyinatı ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrə başlayıb.

Heç bir siyasi blokun Milli Assambleyada mütləq çoxluq (289 səs) üçün kifayət qədər yerləri yoxdur.

Konstitusiyaya görə, Makron gələn yaya qədər parlamenti buraxa bilməz, ona görə də analitiklər onun partiyalar arasında ümumi dil tapmaq şansı daha yüksək olan birini baş nazir təyin edəcəyini ehtimal edirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->