Dünya 18:59 14.07.2022

Makron Rusiyanın hücumuna hazırlaşmağa başlayır - Bastiliya Günü açıqlaması

Rusiya qaz təchizatından silah kimi istifadə edir. 

Qaynarinfo "France 24” saytına istinadla xəbər verir ki, bu sözləri Fransa prezidenti Emanuel Makron deyib.

Makron bildirib ki, bu payızda mümkün enerji çatışmazlığı senarisinə hazırlaşmaq üçün səfərbər olunmalıdır, çünki Rusiya Ukrayna ilə müharibəsində Avropaya qaz tədarükünün kəsilməsindən silah kimi istifadə edir.

Fransanın milli günündə televiziyaya müsahibə verən ölkə prezidenti bu səfərbərliyin bir hissəsinin Fransa istehlakçıları və müəssisələrinin enerji istehlakını azaltmaq olacağını deyib.

"Biz özümüzü Rusiya qazı olmadan tamamilə idarə etməli olduğumuz senariyə hazırlamalıyıq”,- o deyib.

O, tezliklə enerji istehlakının məhdudlaşdırılması üçün ətraflı plan təqdim edəcəyini bildirib.

Makron həmçinin bildirib ki, Fransa Rusiyanın işğalı fonunda ordusunu gücləndirməyə davam etməli, yeni hərbi texnikanın istehsalını sürətləndirməli və sursat ehtiyatlarını artırmalıdır.

Nurlan Hüseynov