Xəbər lenti

Makron: Ukraynanın Avropa Birliyinə qoşulması on illər çəkəcək
Dünya08:53 10.05.2022

Makron: Ukraynanın Avropa Birliyinə qoşulması on illər çəkəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Avropa Birliyinə qoşulması on illər çəkəcək. 
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə Makron Avropa Parlamentindəki çıxışında deyib. 
Ukrayna Avropa Birliyinə qoşulmaq üçün müraciətə bu ilin fevralında başlayıb. 
"Biz hamımız çox yaxşı bilirik ki, Ukraynaya Avropa Birliyinə qoşulmağa imkan verən proses həqiqətən də bir neçə il, bəlkə on illiklər çəkər. Qoşulma üçün standartlarımızı aşağı endirənə qədər bu, həqiqət olaraq qalacaq”,- Makron deyib. 
Makron bir başa AB üzvlüyü əvəzinə "Paralel Avropa İcması” yaradılmasını təklif edir. O çoğrafi baxımdan Avropada olan və Avropa dəyərlərini bölüşən, ancaq bir başa AB üzv ola bilməyən ölkələri bu icmada birliyə yaxınlaşdırmağa çağırır. 
Xatırladaq ki, dünən Avropa Komissiyası rəhbəri Ursula Von der Leyen AB icra orqanının Ukryananın AB üzvlüyü ilə bağlı ilk fikrini açıqlayacağını bildirmişdi. 
Rəsmi Kiyev Ukraynanın Avropa Birliyi üzvlüyünə müraciət formasının ikinci hissəsini də təqdim etdiyini təsdiqləyib. 
Qeyd edək ki, Ukrayna baş nazirinin müavini, Avropa və Avro Atlantika inteqrasiyası üzrə müşavir Olqa Stefanişnya bildirib ki, Ukrayna birliyə üzvlüyü qanıyla ödəyib. 
Nurlan Hüseynov