Dünya 11:21 23.01.2023

Makron Ukraynaya “Leclerc” tanklarının göndərilməsinə izn verdi və üç şərtini dedi

Fransa prezidenti Emmanuel Makron "Leclerc” əsas döyüş tankının Ukraynaya çatdırılmasına başlanılacağını istisna etmir. 

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, o, bu barədə bu gün Parisdə bəyan edib.

"Leclercs-ə gəlincə, mən Silahlı Qüvvələr Nazirindən bunun üzərində işləməyi xahiş etdim. Heç nə istisna deyil və bu, həqiqətən də kollektiv şəkildə alqışlanır", - Makron bildirib.

Eyni zamanda, Fransa lideri belə bir çatdırılmanın həyata keçirilə biləcəyi üç şərti qeyd edib:

- Leclerc tanklarının Ukraynaya verilməsi münaqişənin gərginləşməsinə səbəb olmamalıdır;
- tədarük Ukraynaya "real və effektiv dəstək" olmalıdır;
- tankların Ukraynaya verilməsi Fransanın özünün müdafiə qabiliyyətini zəiflətməməlidir.

Qeyd edək ki, Leclerc tanklar arasında bu gün ən yaxşılardan sayılır, lakin onların sayı az olduğuna görə onların Ukraynaya çatdırılması məsələsi heç vaxt ciddi müzakirə olunmayıb.

İndiyədək Fransa Ukraynaya başqa silah növləri - artilleriya, hava hücumundan müdafiə sistemləri, zirehli transportyorlar və s.
Yanvarın əvvəlində Makron ilk dəfə olaraq Ukraynaya bəzən yüngül və təkərli tanklar kimi təsnif edilən AMX-10 RC döyüş maşınları verəcəyini vəd etmişdi.

Bununla belə, bu həftə media Fransanın Leclerc əsas döyüş tanklarının Ukraynaya mümkün çatdırılmasını öyrənməyə başladığını yazıb.
Xatırtladaq ki, bundan əvvəl Almaniya XİN Plşanın Ukraynaya Leopad-2 tanklarını verəcəyi halda buna etiraz etməyəcəyini açıqlayıb, İtaliya isə Fransa ilə birlikdə istehsal etdiyi Samp-T raket sistemini Ukraynaya vermək niyyətində olduğunu bildirib.  

Alpər