Xəbər lenti

Makron Zelenskini Fəxri Legion ordeniylə təltif etdi (VİDEO)
Dünya 14:48 09.02.2023

Makron Zelenskini Fəxri Legion ordeniylə təltif etdi (VİDEO)

Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenskiyə ölkənin ən yüksək mükafatı olan Fəxri Legion ordenini təqdim edib. Fransa lideri sosial şəbəkələrdə mükafatın videosunu yayımlayıb və bunu "Ukrayna və onun xalqına hörmət” adlandırıb.

Qaynarinfo BFMTV-yə istinadla xəbər verir ki, Makron ordeni fevralın 8-dən 9-na keçən gecə Yelisey sarayında iş yeməyindən sonra həmkarına təqdim edib.

Saray aydınlaşdırıb ki, Zelenski Fəxri Legion ordeninin ən yüksək dərəcəsi olan Böyük Xaçın sahibi olub. 2006-cı ildə mükafatı Jak Şirakdan alan Rusiya prezidenti Vladimir Putin həm də Böyük Xaç Cəngavəridir.

Almaniya kansleri Olaf Şolz da cümə axşamı gecə Parisə gəlib. Makron hər iki lideri öz iqamətgahında qəbul edib.

Zelenski fevralın 8-də günortadan sonra Londondan Fransaya uçub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->