Bir müddət öncə Fransa prezidenti Emmanuel Makrona Birinci Dünya Müharibəsinin sona çatmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə sui-qəsd hazırlanması üzə çıxmışdı.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq saxlanılan 4 şübhəli cinayəti etiraf edib. Sui-qəsd planını hazırlayan 62 yaşlı Jan Pyer B.-nin keçmiş inqilabçılardan olduğu məlum olub. Şübhəlilər 7 noyabrda bıçaqla Fransa prezidentinə hücum etməyi planlayıblar. Polis Jan Pyer B.-nin avtomobilində axtarış apararkən həmin bıçağı tapıb.
Qeyd edək ki, noyabrın 6-da hadisə ilə bağlı 6 şübhəli saxlanılmışdı. Onlardan 2-si bir müddət öncə sərbəst buraxılıb.