Xəbər lenti

Makrondan eks-prezidentlərə nümunəvi addım: Böyük imtina
Dünya10:39 22.12.2019

Makrondan eks-prezidentlərə nümunəvi addım: Böyük imtina

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Emmanuel Makron keçmiş dövlət başçısı kimi alacağı pensiyadan indidən imtina edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə bu gün "Le Parisien" qəzeti hökumət başçısının Yelisey sarayından olan məsləhətçilərindən birinə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, bu qərar həm Makronun 2022-ci ilin mayında ilk prezidentlik müddəti bitdikdən sonra alacağı pensiyaya, həm də ikinci müddətə qalacağı təqdirdə ediləcək ödənişə aiddir. Bundan əlavə, Fransa Prezidenti Konstitusiya Şurasında qanunla ona veriləcək ömrülük vəzifədən də imtina edib.
"Ölkədəki vəziyyətə uyğun hərəkət etmək lazımdır. Biz elə bir dövrdə yaşayırıq ki, seçilmiş vəzifəli şəxslər öz davranışları ilə nümunə göstərməlidirlər”, - mənbə Prezidentin addımını əsaslandırıb.
Qeyd edək ki, Fransanın eks prezidentlərinə pensiya təyin edilməsi haqqında qanun 1955-ci ildə qəbul edilib. Qanuna görə, keçmiş dövlət başçıları aylıq 6,220 avro təqaüd alır. Bu məbləğ keçmiş dövlət başçısının nə prezidentlik müddəti, nə yaşı, nə də şəxsi sərvətindən asılıdır. Konstitusiya Şurası üzvünün maaşı isə ayda 13,500 avrodur.
Alpər