Xəbər lenti

Makrondan növbəti anti-Tramp çıxışı
Dünya12:36 27.08.2018

Makrondan növbəti anti-Tramp çıxışı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı hədəf alan açıqlamalarla yadda qalıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Makron Avropanın müdafiəsi məsələsinə toxunub:
"Avropanın müdafiəsi üçün ABŞ-a etibar etməməliyik, yeni layihə üzərində işləməliyik. Qitənin müdafiəsinə Rusiya da daxildir. ABŞ lideri Donald Tramp NATO-dan çıxmaq istədiyini dəfələrlə dilə gətirib".
Qeyd edək ki, Makron həmçinin Bəşər Əsəd rejiminin kimyəvi silah istifadəsi ehtimalından danışaraq Suriya hökümətinə dəstəyi böyük yanlış adlandırıb.
Gülşən