Xəbər lenti

Makrondan Qətər açıqlaması: «Sankiyaları dayandırın»
Dünya11:15 16.09.2017

Makrondan Qətər açıqlaması: «Sankiyaları dayandırın»

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa prezident Emmanuel Makron Körfəz böhranı barədə açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Makron Qətər əmiri Şeyx Təmim İbin Həməd Əl Sani ilə Parisdə bir araya gəlib. Tərəflər görüşdə Qətərə qarşı tətbiq edilən sanksiyaları müzakirə edib. Prezident ofisindən verilən yazılı açıqlamada bildirilir ki, Fransanın Körfəz böhranının bütün tərəfləri ilə dostluq əlaqələri var və Küveytin vasitəçiliyi ilə böhranın həllinə tərəfdardır. Açıqlamada Makron Qətər xalqına, xüsusilə ailələrə və tələbələrə mənfi təsir göstərən sanksiyaların dayandırılmasını istəyib.

Görüşdə terrorizm və terrorizmlə mübarizə mövzusu da müzakirə edilib.

Qeyd edək ki, Qətər 5 iyundan bəri Körfəz ölkələri tərəfindən terrorizmə dəstək verməkdə ittiham edilir və buna görə ciddi sanksiyalara məruz qalıb.

Gülşən

Qaynarinfo.Az