Fransa prezidenti Emmanuel Makronun Çinlə qurmaq istədiyi "strateji dialoq”, eləcə də ABŞ-ı tənqid etməsi və onun mövqeyindən uzaqlaşmaq cəhdləri fransız diplomatlarını narahat edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Monde” nəşri məlumat
yayıb.
Adının açıqlanmasını istəməyən Fransa Xarici İşlər Nazirliyinin rəsmiləri qəzetə bildiriblər ki, Makron öz müşavirlərinin köməyi ilə xarici siyasəti təkbaşına idarə etməyə çalışaraq, onları məlumatsız qoyur.
"Prezident istədiyini edir, insanlar isə onun pis başa düşülən mövqeyini hissə-hissə götürüb izah etməkdən yorulublar”, deyə "Le Monde”un Xarici İşlər Nazirliyindəki həmsöhbətlərindən biri bildirib.
Başqa bir mənbə, Fransa prezidentinin Çindən qayıdarkən verdiyi müsahibədə Avropa İttifaqının Tayvan məsələsində ABŞ-ın mövqeyi ilə uyğunlaşdırılmaması ilə bağlı açıqlaması ilə Xarici İşlər Nazirliyini təəccübləndirdiyini söyləyib.
"Le Monde” yazır ki, Makronun sözləri Fransa XİN-də onun Pekinin Ukraynada sülhün təmin edilməsində göstərdiyi yardım müqabilində Tayvana məhəl qoymamağı nəzərdə tutan sazişlə Çini "sakitləşdirməyə” çalışdığına dair şübhələr yaradıb.
KİV-in məlumatına görə, bu fonda Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn yayda ən yüksək rütbəli çinli diplomat, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr bürosunun rəhbəri Van İ ilə Ukrayna üzrə danışıqlar aparmalıdır.
Yelisey sarayı qeyri-rəsmi olaraq bildirir ki, Bonn-Van danışıqları Paris və Pekin arasında müntəzəm dialoqun bir hissəsi olacaq, onun növbəti raundu "ukraynalıların qanuni hüquqlarına hörmət etməklə sülhə nail olmaq yolları haqqında fikir mübadiləsi aparmaq” imkanı verəcək.
Nizami Bağırov
Şərhlər