Dünya 12:39 20.07.2022

Makronun söz verdiyi 6 Sezar topu Ukraynaya göndərildi

Fransa Ukraynaya 6 Sezar topu göndərir. 

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri bildirib

Nazir bildirib ki, prezident Emmanuel Makronun iyun ayında Ukraynaya vəd etdiyi Fransa istehsalı olan daha altı Sezar artilleriya silahı Ukraynaya göndərilib. 

XİN rəhbəri Ketrin Kolonna Senat komissiyasına deyib: "Dəqiqliyi və hərəkətliliyi ilə seçilən silahlardan 12-si artıq Ukraynaya təhvil verilib, altısı da yoldadır”.

O bildirib ki, Fransa Ukraynaya göndərdiyi silahların hamısı haqqında danışmır.

"Milli səviyyədə Fransa tamamilə sadiqdir, baxmayaraq ki, biz etdiklərimiz barədə ictimaiyyətə az məlumat veririk. Biz bütün hərbi töhfələrimizi bildirməmək qərarı vermişik”,- deyə o bildirib. 


Nurlan Hüseynov