Xəbər lenti

Makronun Ukrayna səfəri öncəsi Rusiyaya qarşı ritorikası sərtləşdi
Dünya 19:11 15.06.2022

Makronun Ukrayna səfəri öncəsi Rusiyaya qarşı ritorikası sərtləşdi

Makron Ukrayna və bəzi Avropa müttəfiqləri arasında Moskvaya qarşı əvvəlki mövqeyi ilə bağlı narahatlığı aradan qaldırmaq üçün Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, iki diplomatik mənbənin bildirdiyinə görə, Makron Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi ilə Kiyevə getməzdən əvvəl Moldova da daxil olmaqla NATO-nun cənub cinahına üç günlük səfər çərçivəsində Rumıniyaya gəlib.

Fransa lideri bir müddətdir ki, Ukrayna və Şərqi Avropadakı müttəfiqləri tərəfindən Rusiyaya qarşı müharibədə Ukraynanı birmənalı dəstəkləmədiyinə görə tənqid edilir.

Ancaq son günlər Fransa rəsmiləri ictimai açıqlamalarını gücləndirməyə çalışırlar. Makron isə çərşənbə axşamı öz qoşunları ilə birlikdə olarkən daha sərt mövqe nümayiş etdirib.

"Biz Rusiyanın hərbi qüvvələrini dayandırmaq, ukraynalılara və onların ordusuna kömək etmək və danışıqları davam etdirmək üçün hər şeyi edəcəyik. Ancaq yaxın gələcək üçün biz Uktaynanı qorumalı, Putini fikrindən daşındırmalı və hazır olmalıyıq”,- Makron Rumıniyadakı hərbi bazada Fransa və NATO hərbçilərinə deyib. 

Qeyd edək ki, Makron son həftələrdə dəfələrlə Rusiyanı "alçaltmamağın” həyati əhəmiyyət daşıdığını bildirib.

Fransa prezidenti daha sonra Ukraynadakı münaqişəyə cəlb olunma riski olan Moldovaya gedir.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->