Dünya 18:14 28.01.2023

Mal-qara daşıyan gəmidən 114 milyon dollar dəyərində kokain tapıldı

İspaniya polisi Kanar adaları yaxınlığında mal-qara daşıyan gəmidən dəyəri təxminən 105 milyon avro (114 milyon dollar) olan 4,5 ton kokain müsadirə edib. 

Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, polisin reydi bu həftənin əvvəlində həyata keçirilib.

"Orion V” gəmisi Toqo bayrağı altında Kolumbiyadan üzüb gəlib. 28 ekipaj üzvü həbs edilib. Onların tutulması əməliyyatı Toqo polisi və ABŞ Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə həyata keçirilib. Gəmi daha əvvəl onlarla ölkənin limanlarında dayanıb. Zabitlər Qran Kanariya adasında "onlarla qutu" kokain boşaldıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qaçaqmalçılar mal-qaranı daşımaq üçün gəmilərdən istifadə etməyə başlayıblar, çünki daşınan yükü izləmək daha çətindir. 

"Beynəlxalq təşkilatlar yenidən Latın Amerikasından Avropaya narkotiklərin daşınmasına başlayır, mal-qaradan istifadə edərək nəzarəti və lokalizasiyanı çətinləşdirir”, deyə ispan polisi bildirib.

Nizami Bağırov